Şahin Mustafayev iranlı nazirlə Araz üzərində SES-lərin tikintisini müzakirə edib

2022/07/1657107232.jpg
Oxunub: 415     15:18     06 İyul 2022    
Bu gün Baş nazirin müavini Şahin Mustafayev İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Ordu.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu qeyd edilib, iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün önəmi vurğulanıb.

Azərbaycan ilə İran arasında müxtəlif istiqamətlərdə, xüsusilə də ticarət-iqtisadi, nəqliyyat, energetika, mədəniyyət sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Mütəmadi təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişafında rolu yüksək qiymətləndirilib.

Energetika sahəsində səmərəli əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycan ilə İran arasında elektrik enerjisinin plana uyğun olaraq mübadilə edildiyi bildirildi, iki ölkənin elektrik sistemlərinin birləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Eyni zamanda, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin gedişi, habelə bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Araz   SES  


Bizi "telegram"da izləyin