Kreml Qazaxıstanın Rusiyaya qarşı sanksiyalara qoşulacağını təkzib edib

2022/04/625c0-1650203425.jpg
Oxunub: 341     14:16     06 İyul 2022    
Rusiya və Qazaxıstan daimi təmasdadır. Qazaxıstan tərəfindən Rusiyaya qarşı sanksiyaları dəstəkləmək üçün hələlik heç bir qərar qəbul edilməyib.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

"Hələlik heç bir qərar verilməyib. Əksinə, qarşılıqlı fəaliyyətimizi daha da genişləndirmək, xaricdən gələn çağırışlara birgə cavab vermək və bu qeyri-dost hərəkətlərin nəticələrini minimuma endirmək üçün mütləq niyyət bəyan edilir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

O xatırladıb ki, ölkələrin hökumətləri daimi təmasdadır: "Bu təmaslar müntəzəm olaraq, o cümlədən ən yüksək səviyyədə keçirilir".

Qazaxıstanın Rusiya Federasiyası üçün dost ölkə olub-olmaması ilə bağlı suala Peskov müsbət cavab verib: "Əlbəttə dost ölkədir".

Qeyd edək ki, açıq normativ hüquqi aktlar portalında müzakirə üçün dərc edilmiş sənədə görə, Qazaxıstan Maliyyə Nazirliyi malların respublika ərazisindən Rusiyaya ixracı zamanı onların hərəkətinin uçotu qaydalarının layihəsini işləyib hazırlayıb ki, bu da sanksiyalara məruz qalan malların ixracına icazənin verilməməsi imkanını nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Rusiya  


Bizi "telegram"da izləyin