Avropa İttifaqı Rusiya ilə müharibə etmək fikrində deyil

2022/06/1655188492.jpg
Oxunub: 288     13:47     06 İyul 2022    
Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə etmək fikrində deyil.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Yaponiyanın “Yomiuri” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, Aİ-nin Rusiyanın Ukraynadakı müharibəsinə əsas cavabı sanksiyalar şəklində qalacaq.

Borrell sanksiyaların Rusiya üzərindəki təsirlərinin getdikcə böyüyəcəyinə əminliyini vurğulayıb.

Bununla belə, Borrell əlavə edib ki, Aİ niyyət mərhələsindən hərəkət mərhələsinə keçməyə başlayıb və təxribata məruz qaldıqda müvafiq cavab verə bilər.

“Rusiya ilə müharibə etmək istəmədiyimiz üçün bu reaksiya hazırda iqtisadi sanksiyalara əsaslanır”, - Aİ rəsmisi vurğulayıb.

Borrell qeyd edib ki, Rusiyanın Avropa və ABŞ-dan texnoloji asılılığı Çindən olan asılılıqla müqayisədə 6 dəfə çoxdur və Çin istehsalı alternativ texnologiyalar məhdudiyyətlər altında olan Rusiya iqtisadiyyatının tələblərinə cavab vermək iqtidarında deyil.

Borrell sanksiyalar səbəbi ilə Rusiyanın “İsgəndər” və “X-101” kimi yüksək dəqiqlikli raketləri istehsal etmək imkanlarının məhdudlaşdığını da diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin