"Rusiya keyfiyyətlə yox, kəmiyyətlə mübarizə aparır" - Podolyak

2022/03/62221-1646401688.jpg
Oxunub: 363     12:45     06 İyul 2022    
Ukrayna Prezident Ofisi ölkə qoşunlarının Lisiçansk rayonundan geri çəkilməsinin səbəbini açıqlayıb.

Ordu.az xəbər verir ki, Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.

“Bu, Donbası itirmək yox, onu düzgün şəkildə qaytarmaq məsələsidir. İndi Rusiya Silahlı Qüvvələri uzaqmənzilli artilleriya baxımından üstünlüyə malikdirlər. Müharibə artıq artilleriya dueli prinsipi ilə gedir. İtkilərin 90 faizinin səbəbi məhz artilleriya zərbələridir”, - o bildirib.

M.Podolyakın sözlərinə görə, Ukrayna qoşunlarının idarə olunması keyfiyyətcə daha yaxşıdır: “Məsələ Rusiyanın Donbası nə zaman alacaqlarından yox, buranı nəyin bahasına tərk edəcəklərindən gedir. Rusiya keyfiyyətlə yox, kəmiyyətlə mübarizə aparır. Biz isə əksinə. Biz itkiləri minimuma endirmişik”.

Qeyd edək ki, daha əvvəl ağır döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətinin Lisiçanskdakı mövqelərindən geri çəkildiyi bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin