Lavrovdan Putinlə Makronun telefon danışığının fraqmentlərinin yayılmasına münasibət

2018/06/345345_1529583354.jpg
Oxunub: 324     11:37     06 İyul 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığının fraqmentlərinin yayılmasına münasibət bildirib.

Ordu.az xəbər verir ki, Lavrov Fransanın bu addımının diplomatik etikaya uyğun olmadığını söyləyib.

"Düşünürəm ki, əlbəttə, diplomatik etika qeydlərin belə birtərəfli sızmasını nəzərdə tutmur", - deyə Rusiya XİN başçısı Vyetnama səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Makron  


Bizi "telegram"da izləyin