ABŞ-ın məşhur şirkəti hərbi dizaynda hazırlanmış motosiklet kolleksiyasını buraxdı

2022/07/sdfsd-1657083991.jpg
Oxunub: 525     17:32     06 İyul 2022    
ABŞ-ın məşhur "Harley-Davidson" şirkəti hərbi dizaynda hazırlanmış motosiklet kolleksiyasını buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə "Fox News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, mosikletlər tünd yaşıl rəngə boyanıb və ağ beşguşəli ulduzlarla bəzədilib.

Kanaldan bildirilib ki, rəngləmə şirkətin İkinci Dünya Müharibəsi zamanı və 1952-ci ilə qədər ABŞ ordusuna tədarük etdiyi "Harley-Davidson WLA" hərbi motosikletlərinə bənzəyir.

Ulduzun üstündə “USA” və “MILW./WIS./USA” yazısı var. Telekanal qeyd edib ki, motosikletlərin əsas modellərindən rənglənmədən başqa heç bir fərq yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Motosiklet  


Bizi "telegram"da izləyin