Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb

2021/11/Niger-1636049237.jpg
Oxunub: 212     06:07     06 İyul 2022    
Nigerin Çadla sərhədində ordu ilə terror qruplaşmaları araslında toqquşma baş verib.

Ordu.az-ın məlumatına görə, Nigerin Müdafiə Nazirliyi bildirib ki, posta hücum zamanı 6 əsgər həlak olub, 14-ü yaralanıb. Hücum edənlərin 17 nəfəri öldürülüb, çox sayda silah-sursat ələ keçirilib.

Müdafiə Nazirliyi hücumu hansı terror qruplaşmasının həyata keçirdiyini bildirməsə də, yerli media bunun Boko Haram və ya Qərbi Afrika İslam Dövləti olduğunu ehtimal edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Toqquşma  


Bizi "telegram"da izləyin