Latviyada məcburi hərbi xidmət bərpa edilir

2022/04/Denma-1650808270.jpg
Oxunub: 546     16:57     06 İyul 2022    
Ukrayna münaqişəsinə görə Latviyada məcburi hərbi xidmət bərpa edilə bilər.

Ordu.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Artiks Pariks deyib.

Nazir bildirib ki, məcburi hərbi xidmət 2023-cü ildən bərpa ediləcək. Bununla paralel olaraq Rusiya sərhədinə yaxın Jekabpils şəhərində hərbi baza tikiləcək.

Qeyd edək ki, 2 milyon əhalisi olan Latviyada məcburi hərbi xidmət 2007-ci ildə ləğv edilib. Silahlı qüvvələr peşəkar hərbçilərdən və Milli Qvardiyadan ibarətdir. Həqiqi hərbi xidmətdə olan şəxslərin sayı 7500 nəfər, ölkədəki NATO əsgərlərinin sayı 1500 nəfərdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Ordu  


Bizi "telegram"da izləyin