NATO bazalarını İsveç və Finlandiyada yerləşdirməyi planlaşdırmır

2022/07/dsf78-1657083547.jpg
Oxunub: 266     07:16     06 İyul 2022    
“Şimali Atlantika Alyansı (NATO) hələ ki, İsveç və Finlandiyada hərbi bazalar yerləşdirməyi planlaşdırmır”.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coana deyib.

“Bu iki ölkədə əlavə iştirak planlaşdırmırıq, çünki onların güclü Silahlı Qüvvələri var. İsveç və Finlandiya özlərini müdafiə etmək qabiliyyətinə malikdir", - o vurğulayıb.

O, həmçinin alyansın bütün üzv ölkələrinin İsveç və Finlandiyanın üzvlük protokollarını tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İsveç   Finlandiya  


Bizi "telegram"da izləyin