Rusiya ATƏT PA-nın tərkibindən çıxmayacaq

2022/07/sdfsd-1657025840.jpg
Oxunub: 306     16:35     05 İyul 2022    
Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibindən çıxmır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini, Rusiyanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Vladimir Cabarov bildirib.

“Kimsə bizim ATƏT PA-dan çıxacağımızı arzu edirsə, ciddi səhv edir. Çünki bu gün Rusiya ATƏT-in təsisçi ölkələrindən biridir”, - Vladimir Cabarov qeyd edib.

O, bu baxımdan Rusiyanın sonradan üzv olduğu Avropa Şurası Parlament Assambleyası ilə ATƏT PA arasında fərq qoyduğunu əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ATƏT-PA  


Bizi "telegram"da izləyin