"FETÖ-yə qarşı birlikdə mübarizə aparmalıyıq" - Stoltenberq

2022/04/sdf44-1648999738.jpg
Oxunub: 379     16:31     05 İyul 2022    
“Həm daha təcavüzkar Rusiya, həm də FETÖ-yə qarşı birlikdə mübarizə aparmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə bu iki ölkənin alyansa üzv olması ilə bağlı protokolların imzalanmasına həsr edilən birgə mətbuat konfransında bildirib.

O, Türkiyə, Finlandiya və İsveçə tutduqları konstruktiv mövqeyə görə təəşkkür edib.

Baş katib Madrid sammitində imzalanan üçtərəfli sənədə işarə edərək terrora qarşı mübarizənin NATO-nun gündəliyində prioritet olduğunu bildirib: “Ağıl və qəlb fəth etməyin ən yaxşı yolu həm daha aqressiv Rusiya, həm də FETÖ terroru ilə qarşılaşdığımız bütün təhlükəsizlik təhdidlərinə qarşı birlikdə mübarizə aparmaqdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   FETÖ  


Bizi "telegram"da izləyin