İsveç Türkiyə ilə imzalanan memorandumdakı məsələləri həll edəcək

2022/07/1657019844.jpg
Oxunub: 281     15:20     05 İyul 2022    
Mən sürətli ratifikasiya prosesinə ümid edirəm.

Ordu.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde finlandiyalı həmkarı və NATO Baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz Türkiyənin terror və təhlükəsizliklə bağlı narahatlıqlarına da toxunan üçtərəfli memorandumu imzaladıq. Biz bu memoranduma hörmətlə yanaşırıq. Ondan irəli gələn məsələləri həll edəcəyik və mən ümid edirəm ki, birgə mexanizm üzərində işləyəcəyik. Mən inanıram ki, hər üç ölkə bu memorandumun hər kəs üçün yaxşı olduğunu anlayır və bu, Türkiyə parlamentində də eyni formada qəbul olunacaq. Bizim üzvlüyümüz yalnız İsveç və Finlandiyaya deyil, bütövlükdə bütün müttəfiqlərin təhlükəsizliyinə töhfə verəcək”, - Ann Linde bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Türkiyə  


Bizi "telegram"da izləyin