Finlandiya və İsveç Türkiyənin ekstradisiya ilə bağlı siyahı təqdim etmədiyini bildirib

2022/07/1657018465.jpg
Oxunub: 686     14:47     05 İyul 2022    
Finlandiya və İsveç hökumətlərinə ekstradisiya ilə bağlı Türkiyə tərəfindən hər hansı xüsusi siyahı təqdim olunmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Pekka Haavisto və İsveç xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

"Memorandumda ekstradisiya olunacaq şəxslər barədə hər hansı siyahı yoxdur. Lakin biz terrorla bağlı məsələlərdə daha yaxından işləyəcəyik, informasiya mübadiləsi istiqamətində əməkdaşlıq edəcəyik. Həmçinin bizim Madriddəki müzakirələrimizdə də hər hansı xüsusi siyahı və ya rəqəmlər müzakirə olunmayıb.

Bildiyim qədəri ilə hökumətimiz də hər hansı xüsusi siyahı almayıb", - İsveç xarici işlər naziri deyib.

Finlandiya xarici işlər naziri Haavisto da bildirib ki, onun təmsil etdiyi ölkənin hökumətinə Türkiyə tərəfindən ekstradisiya olunması tələb olunan şəxslərlə bağlı hər hansı xüsusi siyahı təqdim olunmayıb.

"Ümumiyyətlə isə ölkədən çıxarılma və ekstradisiya ilə bağlı qərarlar bizim ölkəmizin qanunvericiliyinə və məhkəmə qərarlarına uyğun şəkildə veriləcək", - Finlandiya xarici işlər naziri deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   İsveç   NATO  


Bizi "telegram"da izləyin