Ordu.az xəbər verir ki, bu barədə “Armenian info” “Telegram” kanalı yazıb.
Qeyd olunub ki, iki-üç gün əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənov mərkəzi komanda məntəqəsində xidməti müşavirə keçirərkən tabeliyində olanları hər an erməni revanşist qüvvələrinin mümkün təxribatlarının qarşısını almağa hazır olmağa çağırıb.
“Bundan əvvəl həmin Zakir Həsənov bəyan etmişdi ki, İlham Əliyev ordunun sayının artırılması, Silahlı Qüvvələrin Türkiyə Silahlı Qüvvələrinin kiçik modelini təmsil edəcək yeni səviyyəyə yüksəldilməsi, eləcə də onların ən müasir silahlarla təmin edilməsi barədə göstəriş verib. “Vətəndaş müqaviləsi” üzvlərinin sui-qəsd komandası bundan sonra baş verə biləcək müharibəyə görə məsuliyyəti danaraq “sülh dövrü” cəfəngiyyatını təbliğ etməkdə davam edərkən Zakir Həsənov ordunu ciddi müharibəyə hazırlayır”, - deyə kanal bildirib.
Alpər Mövludoğlu
Ordu.az