“1in.am”: Qərb-Gürcüstan münasibətləri ziddiyyətli təəssürat yaradan yeni situasiyaya qədəm qoyub

2022/07/99-64-1657016735.jpg
Oxunub: 384     11:11     06 İyul 2022    
NATO-nun Baş katibi Yens Stoltenberq Madriddə keçirilən Sammitdən sonra bildirib ki, təşkilat Gürcüstanın üzvlük tarixlərini dəqiqləşdirməyə hazır deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Qeyd olunub ki, eyni zamanda Avro-Atlantik alyans hələ Sammitdən əvvəl NATO-nun təlim mərkəzi çərçivəsində Gürcüstanda təmsilçiliyini artırmağa, eləcə də Gürcüstanda keçirilən təlimlərin sayını artırmağa hazır olduğunu bildirib.

“Ukraynadakı müharibə fonunda Qərb-Gürcüstan münasibətləri kifayət qədər ziddiyyətli təəssürat yaradan yeni situasiyaya qədəm qoyub. Gürcüstan ilk baxışda “ögey uşağa” çevrilir. Eyni zamanda, çoxları hesab edir ki, bu, Gürcüstanın hazırkı hökumətinin Saakaşvilidən fərqli olaraq Avroatlantik istiqamətdə inteqrasiyaya kifayət qədər can atmaması və buna cavab olaraq həmin qütbün ona qarşı münasibətin istiliyini azaltması səbəbindən baş verir. Qarşılaşılan bu izahatlar bəlkə də situasiyanın yalnız yuxarı təbəqəsini əks etdirir və bunun altında kifayət qədər mürəkkəb geosiyasi vəziyyət və onun müxtəlif xüsusiyyətləri var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Qərb  


Bizi "telegram"da izləyin