Erməni ekspert: “Azərbaycan Zəngəzur dəhlizini istəyir”

2021/01/76786-1611560770.jpg
Oxunub: 1483     15:34     06 İyul 2022    
“İran həmişə qonşuları ilə daha sıx münasibətlərin onun üçün prioritet olduğunu bəyan edib”.

Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Emma Beqicanyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizini istəyir.

“İran buna qarşıdır. Ona görə də bu diplomatik komplimentlər həmişə olub və olacaq, əsl siyasət başqa şeydir. Yeni keyfiyyətli münasibətin şahidi olacağımızı düşünmək lazım deyil”, - deyə Beqicanyan bildirib.

Erməni ekspert iddia edib ki, əgər Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi məsələsində israr edərsə, bu məsələ İran-Azərbaycan, İran-Türkiyə münasibətlərində gərginliyə səbəb olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Zəngəzur   Dəhliz  


Bizi "telegram"da izləyin