Erməni politoloqlar: “Ölkəni yenidən qurmaq üçün Ermənistana sülh lazımdır”

2022/07/29071-1657016259.jpg
Oxunub: 581     16:44     06 İyul 2022    
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının açılışında çıxışı zamanı bildirib ki, ATƏT-in Minsk qrupu artıq ölüb və bu barədə gələcək spekulyasiyalar regionda mümkün sülh üçün dağıdıcı olacaq.

“Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb”, - deyə Azərbaycan Prezidenti bildirib.

Erməni politoloq Ruben Mehrabyan iddia edib ki, ifadə olunan sözlər ABŞ-a, Fransaya, Avropa institutlarına və ümumilikdə Qərbə yönəlib.

“Bütün bunların əsas hədəfində olan bizik. Biz təkid etməliyik ki, Qarabağ məsələsinin yekun həllinə ehtiyac var”, - deyə o qeyd edib.

Digər bir erməni politoloq Levon Şirinyan bildirib ki, ölkəni yenidən qurmaq üçün Ermənistana sülh lazımdır.

“Ona görə də bizə danışmaq, danışıqlar aparmaq, Minsk qrupunun mövcudluğunun zəruriliyində israr etmək lazımdır. Ermənistana bu lazımdır, biz bunu dayandırmamalıyıq”, - deyə Şirinyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sülh   Azərbaycan  


Bizi "telegram"da izləyin