Kreml Çin liderinin Rusiyaya səfərdən imtina etməsi ilə bağlı xəbərləri təkzib edib

2021/06/15609-1624623240.jpg
Oxunub: 245     14:15     05 İyul 2022    
Çin Xalq Respublikasının sədri Si Cinpinin Rusiyaya səfərə dəvətdən imtina etməsi ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

"Fakt budur ki, Çində müəyyən koronavirus məhdudiyyətləri davam edir və bu, tamamilə normaldır. Buna anlayışla yanaşmaq lazımdır. Həm Putinin Çinə, həm də Si Cinpinin Rusiyaya səfər etmək üçün qüvvədə olan dəvət var. Məhdudiyyətlərin yüngülləşdirilməsi imkan verəcək ki, bütün səfərlər həyata keçirilsin”, - deyə Rusiya Prezidentin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Çin  


Bizi "telegram"da izləyin