Erməni direktor: “ABŞ Qarabağ məsələsini diqqətdən kənarda qoya bilməz”

2022/07/00-71-1657016124.jpg
Oxunub: 305     10:41     06 İyul 2022    
“Hesab edirəm ki, bu dəyişiklik indiki mərhələdə çox vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Amerika Erməni Assambleyasının regional ofisinin direktoru Arpi Vardanyan ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrini dəyişməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-da siyasi vəziyyət çox qarışıqdır.

“Eyni səbəbdən ABŞ-ın Ermənistana səfir təyinatının Senat tərəfindən bir az da ləngiməsi mümkündür. Noyabrda ABŞ-da seçkilər olacaq və ümid edirəm ki, seçkilərə qədər bu baş verəcək. Əslində, həm səfir, həm də həmsədr dəyişikliyi var, ABŞ Qarabağ məsələsini, ümumilikdə Ermənistanı diqqətdən kənarda qoya bilməz. Tezliklə daimi nümayəndənin olacağı güman edilir”, - deyə Vardanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Region   Qarabağ  


Bizi "telegram"da izləyin