UNESKO bu həftə Ukraynaya missiya göndərəcək

2022/07/1657016047.jpg
Oxunub: 316     17:23     05 İyul 2022    
UNESKO bu həftə Ukraynaya texniki missiya göndərəcək.

Ordu.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.

“Ukraynanın ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək məqsədilə bu həftə Kiyevə texniki missiya göndəriləcək”, - UNESKO-dan qeyd olunub.

Məlumata görə, müharibə başlayandan bəri UNESKO Ukraynaya donor dövlətlərlə əməkdaşlıq çərçivəsində 5 milyon dollar yardım ayırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UNESKO   Ukrayna  


Bizi "telegram"da izləyin