“1in.am”: Müharibə Minsk qrupunun həmsədrlik formatının de-fakto dondurulmasının nəticəsi idi

2021/09/00-10-1630489360.jpg
Oxunub: 452     11:27     07 İyul 2022    
Fəal erməni cəmiyyəti Minsk qrupunun həmsədrliyinin taleyini Qafqazda Qərbin rol və iştirakını azaltmaq məsələsində Rusiya və Türkiyənin maraqlı olması sahəsində müzakirə edərək bəlkə də məsələnin miqyasını və siyasi məzmununu xeyli daraldır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Qeyd olunub ki, Minsk qrupunun və onun həmsədrliyinin yaradılmasına Qafqazda Qərbin və ya xüsusilə ABŞ-ın rolu, yaxud təsiri üçün təşəbbüs göstərilməyib.

“Qərbin iqtisadi-siyasi və hərbi-siyasi imkanları, ən azı, mövcudluq və rol məsələsini həll etmək üçün kifayətdir. Minsk qrupunun yaradılması və onun həmsədrliyi praktiki olaraq postsovet dünyasının idarə olunmasının əsas platformalarından biri olub və bu mənada onun süqutu 44 günlük müharibə ilə deyil, praktiki olaraq ondan əvvəl, 2013-14-cü ildən Rusiya ilə Qərb arasında daha gərgin rejimə keçən geosiyasi mübarizənin qızışması ilə başlayıb. Maraqlıdır ki, məhz o dövrdən Qarabağ məsələsində Azərbaycan hərbi texnikasının istifadəsi intensivləşdi və diqqət yetirək, bu Minsk qrupunun hər üç həmsədrinin praktiki olaraq loyal və susqun münasibəti şəraitində baş verdi. 44 günlük müharibənin özü Minsk qrupunun həmsədrlik formatının de-fakto dondurulmasının nəticəsi idi. Format işləsəydi, 44 günlük müharibə olmazdı və siyasi həll prosesi öz məntiqi ilə davam etdirilərdi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin