Ordu.az xəbər verir ki, bunu erməni politoloq Jirayr Əzizyan deyib.
Onun sözlərinə görə, əslində başa düşmək lazımdır ki, bu, hər hansı yeni sazişlər nəticəsində baş vermir, sadəcə olaraq üçtərəfli bəyanatın müddəalarından irəli gəlir.
“Üçtərəfli bəyanatın altıncı bəndində qara ilə ağ yazılıb ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Məqsəd adıçəkilən yaşayış məntəqələrindən yan keçməkdir. Biz bilirik ki, sənədlərdə həmçinin Laçın rayonunun Azərbaycan tərəfinə keçdiyi göstərilir, amma orada Rusiya sülhməramlılarının nəzarətində olan dəhliz olacaq”, - deyə Əzizyan qeyd edib.
Erməni politoloq bildirib ki, əgər Ermənistan 10 noyabr müddəalarını yerinə yetirməkdən imtina etsə, bunun nəticələri daha fəlakətli olacaq.
Alpər Mövludoğlu
Ordu.az