Ordu.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O, Qərbin Ukraynadakı münaqişəni uzatmaq üçün Kiyevə irimiqyaslı silah tədarükünü davam etdirdiyini söyləyib. Şoyqunun sözlərinə görə, Qərbin Ukraynaya verdiyi silahların bir hissəsi Yaxın Şərqə və “qara bazar”a çıxır.
Rusiya müdafiə naziri bildirib ki, son 10 gündə Ukraynada 170 əcnəbi muzdlu məhv edilib. 99 nəfər isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək Ukrayna ərazisini tərk edib.
Ordu.az