“Rusiya erməni xalqının təhlükəsizliyi üçün təhdiddir” - Qriqoryan

2022/07/sd87f-1657014531.jpg
Oxunub: 1277     10:06     07 İyul 2022    
“Türkiyə ciddi ölkədir. Kəlbəcər məsələsini həll etdi, Qarabağ məsələsindən də ona heç nə maraqlı deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun yanındadır, Ermənistanla dil tapmağa məcbur olacaq.

“Türkiyə, yoxsa Rusiya? Pis və çox pis arasında seçim etmək lazımdır”, - deyə Qriqoryan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, bu gün Rusiya erməni xalqının təhlükəsizliyi üçün təhdiddir: “İddia edirəm ki, Rusiya bizim üçün Türkiyədən daha təhlükəlidir. Rusiya bu gün də bizə təzyiq edir ki, Azərbaycana güzəştə gedək. Türkiyə Rusiyadan fərqli olaraq aldadan deyil, amma sadəlövh olmamalıyıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin