Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Respublika Naminə Partiyasının yaydığı bəyanatda bildirilib.
Partiya qeyd edib ki, Rusiyanın Ermənistandakı diplomatik nümayəndəliyinin bənzər davranışını pisləyir.
“Rusiya səfirliyinə və səfir Kopirkinə şəxsən bildirməyi zəruri hesab edirik ki, hər hansı bir ölkənin diplomatik nümayəndəliyinin yerləşdiyi ölkədə hər hansı bir ölkənin diplomatik nümayəndəliyinin açılması ilə bağlı bəyanatlar verməsi, o cümlədən Ermənistanın tərəfdaşlarına qarşı ittihamlar səsləndirməsi doğru deyil. Rusiya səfirliyinin qəbuledilməz davranışı ilə bağlı Ermənistanın rəsmi strukturlarından adekvat cavab gözləyirik”, - deyə bəyanatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az