Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, erməni politoloq Tevan Poğosyan deyib.
Onun sözlərinə görə, Ermənistanda siyasət eynidir, hər şeyi gizli saxlayırlar.
“İndi belə çıxır ki, bu məsələlər müzakirə olunub, nəsə ediblər, ictimaiyyəti məlumatlandırıblar? Təəssüflər olsun, belə çıxır ki, siyasət eynidir, hər şeyi gizli saxlayırlar, sonra da deyirlər ki, biz məsuliyyət daşıyacağıq. Bəlkə də 10 noyabr bəyanatının mətnini düzgün şərh etməkdə yaranan problemlərdən istifadə etməli idiniz, yaradıcı yanaşma göstərə bilmədiyinizə görə məsuliyyət daşımalısınız”, - deyə Poğosyan qeyd edib.
Keçmiş erməni deputat bildirib ki, əgər Ermənistan səlahiyyətlilərinin Laçını saxlamaq məqsədləri olsaydı, onu saxlamağın yolunu tapardılar.
Alpər Mövludoğlu
Ordu.az