Erməni deputat: “Üç aylıq təlim toplanışları müxalif xadimlərə qarşı dəyənəkdir”

2022/06/1655103065.jpg
Oxunub: 480     14:10     05 İyul 2022    
““Ermənistan demokratiyası” şəraitində belə görünür ki, insan haqları öz yerini siyasi sifarişlərə verir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının sədri, partiyasız deputat Taquhi Tovmasyan yazıb.

O bildirib ki, Ermənistan Müdafiə Nazirliyindən müxalifətçilərin niyə hədəfə alınması ilə bağlı yazılı izahat tələb edib.

““Müdafiə haqqında” Ermənistan qanunu müdafiənin təşkili və həyata keçirilməsi prosesinin əsasına insan hüquq və əsas azadlıqlarına hörməti qoyur. Lakin “Ermənistan demokratiyası” şəraitində belə görünür ki, insan haqları öz yerini siyasi sifarişlərə verir, cəmiyyətin əksər hissəsində təhlükəli ədalətsizlik hissi yaradır. Parlamentin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının sədri kimi bu günlərdə mənə xəbərdarlıqlar gəlir ki, müxalifətin son aylardakı dinc itaətsizlik aksiyalarının iştirakçıları qarşıdan gələn üç aylıq toplantılarda iştirak etmək üçün ardıcıl olaraq bildiriş alırlar”, - deyə Tovmasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təlim  


Bizi "telegram"da izləyin