Erməni hərbi qulluqçunun atası: “Postdakı heyət oğlumu tək qoyub qaçıb”

2022/07/1657013472.jpg
Oxunub: 546     12:19     07 İyul 2022    
Müddətli erməni hərbi qulluqçu Hraç Piliposyanın ölümündən 17 gün sonra da atası Vaçik Piliposyan 20 yaşlı oğlunun iyunun 18-də döyüş mövqeyində hansı şəraitdə öldüyünü dəqiq bilmir.

“Qəhrəman oğlan verdim, tələbim odur ki, gəlsinlər, başsağlığı versinlər, desinlər ki, oğlun qəhrəmandır, qorxmayıb, gizlənməyib. Uşağım gizlənəcək tip deyildi, gizlənmək psixologiyası, tərbiyəsi yox idi. Müdafiə Nazirliyinin susqunluğunu başa düşmürəm, gözləyirəm desinlər ki, Hraç türklərə qarşı vuruşub və ölüb, başqa heç nə gözləmirəm, - deyə o qeyd edib.

Erməni hərbi qulluqçunun atası bildirib ki, müstəntiqlə iki kəlmə söz danışıb, lakin müstəntiq dəqiq bir şey deməyib.

“Müstəntiqlə iki kəlmə danışdım, amma mənə aydın heç nə demədi. Müstəntiq dedi ki, istintaq gedir, heç nə gizlədilməyəcək, həqiqəti üzə çıxaracağıq, kimsə günahkar olsa, cəzasını alacaq. Müstəntiqə dedim ki, hərbi qulluqçularla danışanda nə başa düşdün? O dedi ki, mənim fərziyyəm budur ki, Hraç rəqib gülləsindən həlak olub. Mənə çox danışdı. Mənə Müdafiə Nazirliyindən zəng gəlmədi, dəfnində Müdafiə Nazirliyindən olanlar var idi, yaxınlaşdılar, ürəyim yox idi, danışa bilmirdim. Hraçın hansı şəraitdə vəfat etdiyi barədə mənə heç nə demədilər. Hərbi qulluqçularla söhbətdən öyrəndim ki, Hraç rəqibin görmədiyi bir hissədə olub, əlaqəyə çıxaraq bildirib ki, hərəkət var. Deyiblər ki, Hraç, gözlə, qərargahla danışım, posta qalxım. Hraç gözləməyib və postdakı heyət qaçıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi erməni hərbi qulluqçu Hraç Filiposyanın ölümü ilə bağlı məlumat yaymayıb. Bir neçə gün sonra, iyunun 23-də Ermənistan İstintaq Komitəsi Hraç Filiposyanın ölümü ilə bağlı guya cinayət işinin başlandığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məğlubiyyət  


Bizi "telegram"da izləyin