Erməni akademik: “İran körfəzi ölkələrində erməni icmasının sayı getdikcə azalır”

2022/07/sd87f-1657013319.jpg
Oxunub: 356     10:33     06 İyul 2022    
“Bugünkü şəraitdə İran körfəzi ölkələrində erməni icmalarının necə yaşadığını, hansı dəyişikliklərə məruz qaldığını, hansı inkişaf perspektivlərinin olduğunu anlamaq vacibdir”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisad elmləri doktoru, Ermənistan Elmlər Akademiyasının həqiqi üzvü Yuri Suvaryan deyib.

Onun sözlərinə görə, İran körfəzi ölkələrində erməni icmasının sayı getdikcə azalır.

“Eyni zamanda bu ölkələrdə əvvəlki kimi ermənilərə öz şəxsiyyətlərini qoruyub saxlamağa imkan verən elementlərin (qəzet və mədəniyyət mərkəzləri də daxil olmaqla) fəaliyyət göstərməsi vacibdir”, - deyə Suvaryan qeyd edib.

Erməni akademik bildirib ki, bu gün birqütblü dünya nizamından çoxqütblü dünya nizamına keçid uğrunda mübarizə aparılır: “Aydındır ki, Şərq yenidən çiçəklənir və əvvəlki mövqelərini bərpa etməyə çalışır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-körfəzi   Ermənilər  


Bizi "telegram"da izləyin