"Yaponiya Rusiya nefti və təbii qazından məhrum ediləcək" - Medvedev

2021/02/21121-1612168699.jpg
Oxunub: 312     12:51     05 İyul 2022    
“Yaponiya Rusiya nefti və təbii qazından, eləcə də “Saxalin-1” layihəsində iştirakdan məhrum ediləcək”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş Prezident Dmitri Medvedev bildirib.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Fumio Kisida “G-7”liyin zirvə toplantısında Rusiya nefti və qazının hazırkı qiymətinin yarısı səviyyəsində müəyyən olunmasını təklif etmişdi.

Yaponiyanın Maliyyə Nazirliyi Rusiya ilə Belarusun vətəndaşlarını və şirkətlərini sanksiya siyahısına daxil edib. Bundan başqa rəsmi Tokio Rusiyanın 65, Belarusun 25 şirkətinin ixrac etdikləri mallara yasaq qoyub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yaponiya   Medvedev  


Bizi "telegram"da izləyin