Lavrovun müavini: “NATO ilə dialoqa inanmaq çətindir”

2020/07/14495-1595417361.jpg
Oxunub: 672     11:21     05 İyul 2022    
Sərhədlərin yaxınlığında tanklar və digər silahlar yerləşdiriləndə Rusiyanın NATO ilə dialoqa inanması çətindir.

Ordu.az xəbər verir ki, bunu “Arqumentı i Faktı” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"İndi deyirlər ki, onlar Rusiya ilə hər an dialoqa gedə bilərlər və bizimlə qarşıdurma axtarmırlar. Halbuki NATO-nun hərbi planlaşdırmasının xarakteri sadəcə Rusiya ilə qarşıdurmadır. Tankları və digər silahları burnunuzun altına qoyub deyəndə ki: “Bu sizin əleyhinizə deyil, sadəcə orada dayanıb” o zaman hər cür dialoqa inanmaq çox çətindir”, - rusiyalı diplomat vurğulayıb.

Qruşko bildirib ki, Şimali Atlantika Alyansı bütün əməkdaşlıq mexanizmlərindən imtina edərək diplomatik ünsiyyəti mümkünsüz edib: "Məsələn, dekabrın 12-də keçirilən Rusiya-NATO Şurasının son iclasında onun ümumiyyətlə fiziki olaraq baş tutması üçün böyük səylər göstərildi. Çünki bizim artıq NATO ilə diplomatik mövcudluğumuz yoxdur, o, alyansın düşməncəsinə hərəkətləri ilə məhv edilib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin