Bayden ABŞ-da silahlı zorakılığa qarşı mübarizədə təslim olmayacağını vəd edib

2022/06/1656601713.jpg
Oxunub: 267     04:10     05 İyul 2022    
ABŞ Prezidenti Cozef Bayden ölkədə silahlı zorakılıq "epidemiyası" ilə mübarizədə təslim olmayacağını bildirib.

Ordu.az xəbər verir ki, onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir.

"Hələ görüləsi çox iş var və mən silahlı zorakılıq epidemiyası ilə mübarizədən əl çəkməyəcəm”, - deyə C.Bayden bildirib.

Müstəqillik Günündə Çikaqoda baş verən atışmaya münasibət bildirən ABŞ lideri baş verən insidenti “mənasız silahlı zorakılıq” adlandırıb və xatırladıb ki, o, bu yaxınlarda odlu silahların dövriyyəsi qaydaların dəyişdirilməsi ilə bağlı cox vacib ikipartiyalı qanunu imzalayıb.

O, həmçinin yerli hakimiyyət orqanları ilə danışdığını və onlara federal qüvvələrin dəstəyini təklif etdiyini bildirib.

Xatırladaq ki, ötən gün ABŞ-ın Haylend-Park şəhərində (İllinoys ştatı) Müstəqillik Günü münasibətilə keçirilən paradda atışma olub. Atışma nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Ağ-Ev  


Bizi "telegram"da izləyin