“Lisiçanskın tutulması rusların bu müharibədə sonuncu böyük uğurudur”

2022/06/T3JCV-1655968957.jpg
Oxunub: 381     01:21     05 İyul 2022    
Lisiçansk şəhəri üzərində nəzarətin yaradılması Rusiya ordusunun bu müharibədə sonuncu böyük uğurudur.

Ordu.az xəbər verir ki, bu barədə jurnalist Mark Feyqinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aristoviç bildirib.

O qeyd edib ki, Rusiya ordusu daha bir neçə kəndi ələ keçirə bilərlər.

“Mən sadəcə olaraq onların qoşunlarında nə baş verdiyini bilirəm... Başqa bir şəhəri ələ keçirmək üçün onların operativ ehtiyatlarını haradan əldə edəcəklərini bilmirəm", - deyə o vurğulayıb.

Xatırladaq ki, iyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qoşunlarının Luqansk vilayətinin Lisiçanskdakı mövqelərini və xətlərini tərk etdiyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Luqansk   Lisiçansk  


Bizi "telegram"da izləyin