Ordu.az-ın Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan Vətən müharibəsi iştirakçısı 25 yaşlı Emil Qocayev şəhərin girişində ictimaiyyət nümayəndələri, qazilər, dostları, qohumları tərəfindən qarşılanıb.
Daha sonra avtomobil karvanı ilə Şəhidlər Xiyabanına gələrək vətənin ərazi bütövlüyü uğrunda canlarından keçib, qəhrəmancasına həlak olmuş şəhidlərin məzarlarını ziyarət ediblər. Şəhidlərin əziz xatirəsini anaraq gül dəstələri qoyduqdan sonra yaşadığı evə gəliblər. Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik yad edilib və qazinin yaşadığı evə dönməsi münasibətilə qurban kəsilib.
Qeyd edək ki qazi Emil Qocayev vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib, Füzuli istiqamətində gedən döyüşlərdə oktyabrın 26-da ağır yaralanıb. Türkiyədə 1 il 2 ay Bursa xəsətəxanalarının birində müalicə alan Emil 9 dəfə əməliyyat olunub. Məlumata görə, onun müalicəsi bundan sonra Bakıda reabilitasiya mərkəzində davam edəcək. Vətən mühaibəsi qazisi ailədə bir bacı və bir qardaşdırlar. Qazi "Füzulinin azadlıgı uğrunda" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub
Cümşüd Məmmədov
Ordu.az