Türkiyə ilk dəfə "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib - VİDEO
Oxunub: 595
20:33
02 İyul 2022
Türkiyə istehsalı olan "Bayraktar Akıncı" PUA lazerlə idarə olunan raketi sınaqdan keçirib.
Ordu.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.
"Akıncı" PUA daha əvvəl “Anadolu Qartalı - 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.