Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "1in.am" nəşri yazıb.
Qeyd olunub ki, xüsusən Ermənistan ictimaiyyətinə Ermənistan ordusu haqqında onilliklər boyu aparılan rəsmi təbliğatla aşılanmış ideya və inanclar fonunda bu, həqiqətən də təəccüblüdür.
"Lakin bütün məsələ ondadır ki, həmin təbliğat mütləq ola bilmədiyi kimi, bu gün "alınan" faktiki əks-təbliğat da mütləq ola bilməz. Bir neçə on və ya bir neçə yüz əsgərin cəlb edilməsi və onların rəqibə məlumat ötürməsi Ermənistan ordusunun deyil, erməni siyasi "elita"sı adlanan təbəqənin biabırçılığı və rüsvayçılığıdır", - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az