Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "7or.am" nəşri yazıb.
Qeyd olunub ki, Nikolun "Gələcək var" şüarının üç komponenti var idi: 1) Sülh dövrü; 2) Talana qarşı mübarizə; 3) Yaxşı həyatın təmin edilməsi.
"Sonuncu bənddən başlayaq. Nikol Türkiyə və Azərbaycanla münasibətləri nizamlamaqla, mis zavodu tikməklə yaxşı həyat vəd edirdi. Nikolun dediyi o idi ki, rəqib olan qonşularımızın istəklərini yerinə yetirməliyik, sərhədləri, yolları açmalıyıq, yaxşı yaşamalıyıq. Mis əritmə zavodunu isə bonus olaraq alacağıq. Reallıq budur ki, Türkiyə və Azərbaycan Şuşada imzalanmış anti-erməni bəyannaməsi çərçivəsində Ermənistana qarşı işləyirlər. Əgər onların tələbləri və şərtləri yerinə yetirilərsə, o zaman həyat yaxşılaşmayacaq, qurbangahda Ermənistan və Qarabağ olacaq. İndi biz bu prosesin şahidiyik", - deyə nəşr bildirib.
Müəllif yazyıb ki, Nikolun əsl şüarı "Gələcək yoxdur" şüarıdır.
Alpər Mövludoğlu
Ordu.az