"Niyə Ermənistan SQ-nin səfərbər edilməsi haqqında əmr verilmədi?" - Qazinyan

2021/12/gfhjg-1638612696.jpg
Oxunub: 453     11:38     06 İyul 2022    
"44 günlük müharibədəki məğlubiyyətin (xəyanətin) əsl səbəblərini tapmaq üçün Ermənistan Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan iki suala cavab verməlidir".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

"Niyə sentyabrın 25-də Ermənistan silahlı qüvvələrində və Qarabağ "silahlı qüvvələri"ndə (qanunsuz "hərbi birləşmə" – red.) döyüş hazırlığı elan olunmadı? Niyə Ermənistan silahlı qüvvələrinin səfərbər edilməsi haqqında əmr verilmədi? 27 sentyabr 2020-ci il tarixində yalnız 3-cü ordu korpusu döyüşə hazır vəziyyətə gətirilərək komandirinin müstəqil qərarı ilə səfərbər edilib. Ordu korpusunun qalan hissəsində qoşunların səfərbər edilməsi həyata keçirilmədi", - deyə o qeyd edib.

Qazinyan bildirib ki, bütün günahkarlar cavab verəcəklər və cəzalarını alacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   SQ   Qazinyan  


Bizi "telegram"da izləyin