"Hayeli.am": İlham Əliyevin sözlərinə görə, işğala son qoyandan sonra Minsk qrupuna ehtiyac yoxdur

2022/07/gfh78-1656759287.jpg
Oxunub: 566     15:12     02 İyul 2022    
İlham Əliyev növbəti dəfə bildirib ki, ATƏT-in Minsk qrupu ölüb və onu dirçəltmək səyləri sülh üçün dağıdıcıdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hayeli.am" nəşri yazıb.

Qeyd olunub ki, bu bəyanatlar demək olar bir neçə gündən bir Bakıdan gəlir.

"ATƏT-in Minsk qrupunun fəaliyyətinin başa çatması ilə bağlı sonuncu açıqlama iyunun 24-də Bakıda, artıq Rusiyanın xarici işlər naziri Lavrov səviyyəsində verilib. İndi Bakının təhdid xarakterli bəyanatlarını davam etdirmək üçün bütün əsasları var. Aşqabadda Putin-Əliyev görüşünün ertəsi günü İlham Əliyev yenidən ATƏT-in Minsk qrupunun olmadığını bəyan edib və onun bərpası istiqamətində səyləri pisləyib. İlham Əliyevin sözlərinə görə, indi Azərbaycan münaqişəni həll edəndən, işğala son qoyandan, hərbi və siyasi yolla ərazi bütövlüyünü bərpa edəndən sonra Minsk qrupuna ehtiyac yoxdur", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Minsk-qrupu  


Bizi "telegram"da izləyin