Erməni siyasi xadim: "Xankəndidə yaşayan sakinlər Qarabağı tərk etməli olacaqlarını bildirirlər"

2020/12/4545-1608272720.jpg
Oxunub: 760     13:00     05 İyul 2022    
"Laçın və Zabux Qarabağın göbək bağıdır, bundan məhrum olmaqla Qarabağ əhalisinin boşaldılmasının təməli qoyulacaq".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının üzvü Vahe Qasparyan deyib.

Onun sözlərinə görə, Laçının təhvil verilməsindən sonra Qarabağda enerji təchizatı dayanır.

"Laçının təhvil verilməsindən sonra Qarabağda enerji təchizatı dayanır və biz artıq Xankəndinin özündən xəbərdarlıq alırıq ki, Laçın kimi hadisələrdən sonra sakinlər Qarabağı tərk etməli olacaqlar. Vigen Xaçatryan kimi yaramazlar deyir ki, biz özümüz olmayanı veririk. Bu səylər sadəcə dözülməzdir. Levon Ter-Petrosyandan tutmuş indiki marionetlərə qədər bütün erməni hakimiyyətləri üçün Qarabağ ümumiyyətlə mövcud olmayıb. Onlar üçün Stalinin çəkdiyi torpaq parçası olan DQMV mövcud olub. Qalan 7 rayonu işğal edilmiş hesab ediblər, biz də təbii olaraq işğalçı hesab edilmişik. Deyirlər ki, Laçın bizim deyil, Zabux bizim deyil və sair", - deyə Qasparyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin