Erməni siyasi xadim: "İlham Əliyevin davranışında qəribə heç nə yoxdur, yekun kapitulyasiya istəyirlər"

2022/07/863-1656758318.jpg
Oxunub: 1838     10:49     05 İyul 2022    
"İlham Əliyevin davranışında qəribə heç nə yoxdur, çünki onlar ümumiyyətlə sülh deyil, yekun kapitulyasiya istəyirlər ki, bunun da nəticəsində sülh də olacaq".

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Hakob Hakobyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar sülhü bu formada başa düşürlər ki, bizim istədiyimiz hər şeyi edin, belə olan halda biz sizinlə müharibə aparmayacağıq.

"İndiki Ermənistan hakimiyyətinin buna necə cavab verməsi başqa məsələdir. Və çox təəssüf ki, bugünkü hakimiyyət erməni xalqını İlham Əliyevin elan etdiyi müharibə ilə qorxudur ki, öz güzəştlərinə haqq qazandırsın", - deyə Hakobyan qeyd edib.

Erməni siyasi xadim vurğulayıb ki, bu gün Ermənistan hakimiyyətinin nümayəndələri əhalini qarşıdan gələn müharibə ilə qorxudurlar və bu günahı öz üzərlərindən götürmək üçün eyni zamanda özlərindən başqa hamını günahlandırırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Ermənistan   Kapitulyasiya  


Bizi "telegram"da izləyin