"Laçın, Sus və Zabuxla bağlı vəziyyət müxtəlif aspektlərdən müzakirə olunur" - Abrahamyan

2021/09/photo-1632478451.jpg
Oxunub: 502     09:02     05 İyul 2022    
"Laçın şəhəri, Sus və Zabux kəndləri ətrafında yaranmış vəziyyət müxtəlif aspektlərdən müzakirə olunur".

Ordu.az xəbər verir ki, bunu "Facebook" səhifəsində Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, bir çox hallarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəaları ümumi şəkildə təqdim olunur və onların icrası ilə bağlı danışıqlar aparmaq, erməni maraqları çərçivəsində ən azı kiçik uğurlar əldə etmək imkanı var.

"Konkret alternativ yol ilə bağlı üçtərəfli bəyanat aşağıdakını müəyyənləşdirir: "Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur". Erməni əhalisinin Laçın, Zabux və Susdan çıxarılmasının, yaşayış məntəqələrinin təhvil verilməsinin üçtərəfli bəyannamədə müəyyən edildiyini iddia edənlər qoy bununla bağlı ifadəni göstərsinlər. Mən daha çox düşünməyə meylliyəm ki, 44 günlük müharibədən sonra üçtərəfli bəyanatın bu müddəası Azərbaycanın ambisiyaları çərçivəsində həyata keçirilir", - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux   Sus  


Bizi "telegram"da izləyin