Erməni politoloq: "Regionda lokal toqquşmaların olması mümkündür"

2022/07/maxre-1656757755.jpg
Oxunub: 537     10:28     05 İyul 2022    
"Azərbaycan Ermənistana təzyiq göstərməklə maksimalist məqsədlərə nail olmağa çalışır".

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

Erməni politoloq Rusiyanın kiməsə dəhliz vəd etdiyini düşünmür.

"Dəhlizdən söhbət gedə bilməz, dəhliz məntiqi var. Rusiya onun himayəsi altında kommunikasiyaların açılmasında maraqlıdır", - deyə Qriqoryan qeyd edib.

O, genişmiqyaslı müharibə ehtimalı görmür: "Lokal toqquşmalar mümkündür. Hazırda danışıqlar masasında olan "konsensus-1" var. İlham Əliyevə öz şərtləri ilə sülh müqaviləsi lazımdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Region   Ermənistan   Toqquşma  


Bizi "telegram"da izləyin