"Hraparak": Niyə Paşinyan əsirlər məsələsini yenidən "rusların cibinə atdı"?

2022/07/dsfd4-1656756486.jpg
Oxunub: 728     16:07     02 İyul 2022    
Nikol Paşinyan ötəngünkü müsahibə-monoloqunda əsirlər (diversantlar – red.) məsələsinə də toxunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

"Onun əsirlər məsələsi ilə bağlı çıxışını təhlil etməyə çalışsaq, aşağıdakı nəticələr alınır. Rusiya əsirlərin qaytarılmasında maraqlı olmalıdır, çünki bu, Moskva üçün belə demək mümkünsə, “şərəf məsələsidir”. Bu gün təsdiqlənən əsirlərin 90 və daha çox faizi Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra və onların məsuliyyət zonasında əsir götürülüb. Artıq əsirlərin valideynləri Rusiyanın Gümrüdəki konsulluğu qarşısında etiraz aksiyası keçirərək mahiyyətcə Rusiyadan uşaqlarını geri qaytarmağı tələb edirlər. Bu nə deməkdir? Mahiyyət etibarilə biz əsirlər məsələsində ən vulqar və ən əxlaqsız manipulyasiyanın şahidi oluruq", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin