Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "1in.am" nəşri yazıb.
Nəşrə görə, Lavrov aprelin əvvəlində bəyan etmişdi ki, Vaşinqton və Paris Ukraynadakı müharibəyə görə Moskva ilə həmsədrlik formatında işləməkdən imtina edirlər.
"Lavrovun bəyanatından sonra demək olar üç aylıq sükut olub, ardınca ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın həmsədrlik formatında işləməyə hazır olduğunu bəyan edib. Bununla belə Moskva faktiki olaraq rədd cavabı verir ki, bu da tək qiymətli vəziyyət deyil. Vaşinqtonun eyhamını qəbul edən Rusiya bəlkə də bunun ətrafında siyasi sövdələşmə qurmağa və yüksək qiymət qoymağa, məsələn, Rusiyanın Qafqazdakı vəziyyətin idarə olunmasında xüsusi rolunu həmsədrlik formatında düzəltməyə çalışır", - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az