Azərbaycan-Ermənistan dövlət sərhədindəki əməliyyat şəraiti təhlil edilib

2022/06/photo-1654237782.jpg
Oxunub: 535     11:50     02 İyul 2022    
Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.

Ordu.az xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda bildirilib.

Məlumata görə, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   MN  


Bizi "telegram"da izləyin