Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

2022/06/1654756523.jpg
Oxunub: 409     10:57     02 İyul 2022    
"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 870 hərbçi təşkil edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1582 tank, 3737 zirehli maşın, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 653 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2614 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   BQ  


Bizi "telegram"da izləyin