Norveç Ukraynaya bir milyard avro yardım edəcək

2022/07/1656739151.jpg
Oxunub: 322     09:16     02 İyul 2022    
Norveç bu ilin sonu və gələn il ərzində Ukraynaya 1 milyard avroluq yardım paketi təqdim edəcək.

Ordu.az xəbər verir ki, bunu Norveçin baş naziri Yonas Qar Stere Kiyevdə brifinq zamanı deyib.

"Mən bu gün, müharibə başlayandan beş ay sonra, Norveçin Ukraynaya və onun əhalisinə dəstəyini bəyan etmək üçün Kiyevə gəldim. Biz bu ilin və 2023-cü ilin sonuna qədər ehtiyacı olan insanlara kömək etmək və Ukraynanın bərpası və Ukraynaya dəstək çərçivəsində 1 milyard avro yardım göstərəcəyimizi vəd edirik", - deyə baş nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin