Amerikalı general: “ABŞ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək”

2021/09/197a4-1632975442.jpg
Oxunub: 307     06:18     02 İyul 2022    
“ABŞ Rusiyaya qarşı müharibədə Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli arasında baş tutan telefon danışığında bildirilib.

Zalujnı bildirib ki, söhbət zamanı Ukrayna Müdafiə Qüvvələrinin strateji vəzifələrinin icrası müzakirə olunub, bunlardan başlıcası Ukrayna torpaqlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində azad edilməsidir:

“Müdafiə və əks-hücum əməliyyatlarımızın uğurlu olmasının vacib şərti müvafiq maddi-texniki resursların təmin edilməsidir. Biz göstərilən köməyə görə səmimi minnətdarıq və tərəfdaşlardan gələcək yardımı səbirsizliklə gözləyirik”.

V. Zalujnı onu da qeyd edib ki, Milley ABŞ Prezidenti Cozef Bayden və müdafiə naziri Lloyd Ostinin “ABŞ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək” vədlərini çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin