Norveç Ukraynaya 1 milyard avro ayıracaq

2022/07/1656696551.jpg
Oxunub: 559     15:50     02 İyul 2022    
Norveç Ukraynaya 1 milyard avro yardım edəcək.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk", - Zelenski bildirib.

Stere əlavə edib ki, Norveç 2022-ci ilin sonuna qədər və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin